
Azərbaycan
milli komandası Yamayka yığmasının Fransanın futbol tarixinə düşməsini əngəlləyib.
Sportnet.az-ın məlumatına görə, dünən baş tutan yoxlama görüşündə 8:0 hesabı ilə
Yamayka üzərində qalib gəldiyi görüş Fransa yığmasının tarixinə 2-ci ən böyük
hesablı qələbə kimi düşüb.
Xatırladaq ki, Fransa milli komandasının ən böyük hesablı qələbəsi Azərbaycan yığması üzərində 6 sentyabr 1995-ci ildə qeydə alınıb. "Oser faciəsi” kimi yaddaşlara həkk olunan görüş 10:0 hesabı ilə başa çatıb.