
"Azərlotereya" sədrinin müşaviri Mikayıl Nəcəfov lotereyada 2,5 milyon dollar udub.
Sportnet.az xəbər verir ki, bu barədə "Bizim Salyan" facebook səhifəsində paylaşım edilib.
Xəbər izləyicilər arasında tənqidə səbəb olub. Müşavirin uduş əldə etməsi şərhlərdə narazı tərzdə müzakirə olunub.
Qeyd edək ki, hazırda "Azərlotereya"nın "Poz-Qazan" oyunu daha geniş yayılıb (Sfera.az).