
Avtomobil idmanı üzrə NASCAR Kuboku seriyasının cari ildə ilk yarışı "Deytona Superspidvey" halqasında keçirilib.
Sportnet.az xəbər verir ki, "Deytona 500" yürüşü ardıcıl qəzalara görə dəfələrlə sarı bayraqla dayandırılıb. Ən böyük insident isə finiş xəttinə 4 dövrə qalmış Rayan Prisin iştirakı ilə baş verib.
Hadisə liderlər qrupunda Koul Kasterin Kristofer Bellinin avtomobilini arxadan itələyərək kənar maneəyə salması ilə başlayıb. Bir çox sürücü qəzadan yayına bilsə də, Rayan Pris Bellin "Toyota"sı ilə toqquşmadan qaça bilməyib.
Güclü zərbə nəticəsində Prisin "Ford"u havaya qalxaraq aşıb.
Yarışın qalibini müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac olub. Burada Ostin Sindrik və Denni Hemlin qələbə üçün mübarizə aparıblar, lakin sonuncu dövrədə onlar digər iştiraçıların yığınına düşüblər və sonda Uilyam Bayron birinci yerə çıxıb. Bu, "Hendrick Motorsports" sürücüsünün "Deytona 500"də ardıcıl ikinci qələbəsi olub.
Qeyd edək ki, NASCAR Kuboku seriyasının müntəzəm mövsümünün ikinci turu fevralın 23-də "Atlanta Motor Spidvey"də keçiriləcək.