
2025-ci il Azərbaycanın İdman Paytaxtı Qəbələ şəhərində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə parad təşkil olunub.
Sportnet.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksinin qarşısından başlayan parada gənclər və idman naziri Fərid Qayıbov, rayonun icra başçısı Səbuhi Abdullayev, olimpiya, dünya və Avropa çempionları, ayrı-ayrı idman təşkilatlarının rəhbərləri, yeniyetmə, gənc və veteran idmançılar qatılıblar.
Onlar ASAN Xidmətin qarşısınadək yol qət ediblər və səhnədə tamaşaçılar önünə çıxıblar.