
Azərbaycanda ilk dəfə roller futbolu üzrə yoldaşlıq görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, martın 2-də "Roller Klubu" tərəfindən keçirilən qarşılaşma Hövsan Olimpiya İdman Kompleksində baş tutub.
5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş oyundan sonra iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2024-cü ilin 22-26 noyabrında roller futbolu üzrə Azərbaycan milli komandası Türkiyənin Trabzon şəhərində keçirilən 15-ci Dünya Kubokunda iştirak edib. Yığma mundialı 24 ölkə arasında 14-cü pillədə bitirib.