
Mayın 26-da gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 20-ci görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında baş tutan görüşdə nazir iştirakçıları salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Tədbirdə 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq məsələləri müzakirə olunub, Oyunların rəsmi saytı barədə məlumat verilib.
Daha sonra ISF U15 Gimnaziada İdman Oyunlarının və idman veteranlarının təqdimatı baş tutub. Həmçinin Azərbaycan İdman Akademiyasında tədris proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.
Federasiyaların qiymətləndirilməsi modeli, nümunəvi nizamnamə və strukturla bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda, 2026-cı ilin təqvim planı haqqında məlumat verilib. Sonda “tedbirvar.az” platformasının təqdimatı nümayiş olunub, federasiyaların sosial media fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.