
Azərbaycan İdman Akademiyasının doktorantı, paracüdo üzrə ikiqat Paralimpiya çempionu və üçqat bürünc mükafatçısı İlham Zəkiyevin müəllifi olduğu “Təlim-məşq toplanışlarının təşkili” adlı metodik vəsait və “Məşqçinin əxlaq kodeksi” adlı metodik göstəriş işıq üzü görüb.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Vəsaitdə təlim-məşq toplanışlarının planlaşdırılması, toplanışın keçirilməsi üçün yerin seçilməsi, toplanış keçirmək barədə müvafiq təşkilatlarla razılığın rəsmiləşdirilməsi, toplanışın tədris planı, toplanış yekunlarının təhlil edilməsi və əlavələr geniş şərh edilib.
Vəsait idman sahəsində çalışan əməkdaşlar, məşqçilər, idmançılar, toplanış iştirakçılarını qəbul edən təşkilatların əməkdaşları və oxucu kütləsi üçün nəzərdə tutulub.
Metodik vəsait və göstəriş Azərbaycan İdman Akademiyasının Tədris Metodiki Şurasının 29 may 2025-ci il tarixli iclasında müzakirə edilərək bəyənilib və nəşrə məqsədəuyğun sayılıb.