
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən "GİNius" onlayn intellektual yarışının qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan Respublikasının Konstitusiyası və suverenlik ilə bağlı verilən suallara ən çox doğru cavab verən Nihad Hacızadə birinci yerin qalibi olub. Qalib “Baku City Karting” tərəfindən hədiyyə qazanıb.
Qeyd edək ki, yarışda eyni anda 388 nəfər qələbə uğrunda mübarizə aparıb.