
Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ”Turizm Mərkəzinin daha bir yamacı (Kilim) sertifikat əldə edib.
Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Kilim yamacı Beynəlxalq Xizək Federasiyasının (FİS) beynəlxalq yarışların keçirilməsi üçün homoloqasiya (yoxlanışdan keçmə) prosesindən uğurla keçib.
Bu yamacın ümumi uzunluğu 1897 metr təşkil edir.
Sertifikat orada slalom, nəhəng slalom, super nəhəng slalom və paralel disiplinlər üzrə yarışların keçirilməsinə icazə verir.