Böyük Dəbilqə seriyalı turnirlərin 24 qat qalibi Novak Djokovic Peşəkar Tennisçilər Assosiasiyasından (PTPA) tamamilə ayrılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə serbiyalı tennisçinin özü açıqlama yayıb.
Djokovic bildirib ki, bu qərar şəffaflıq, idarəetmə və səsinin düzgün təmsil olunmaması ilə bağlıdır: “Dəyərlərim və yanaşmam artıq assosiasiyanın hazırkı istiqaməti ilə üst-üstə düşmür. İndi yalnız tennisə, ailəmə və idmana töhfə verməyə diqqət yetirəcəyəm".
Qeyd edək ki, PTPA 2020-ci ildə Djokovic və Vasek Pospisil tərəfindən yaradılıb və məqsəd oyunçulara daha müstəqil səs vermək idi. Assosiasiya daha əvvəl ATP, WTA, ITF və ITIA-ni oyunçuların rifahını gözardı etməkdə ittiham edib.














































































