Azərbaycan Respublikasının gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak edib.
Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, tədbirdə həmçinin, Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, Türkiyə Milli Olimpiya Komitəsinin rəhbəri Ahmet Gülüm, eləcə də Avropa Olimpiya Komitəsinin rəsmiləri, milli və Avropa idman federasiyalarının nümayəndələri iştirak ediblər.
İclasda müxtəlif ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və digər maraqlı tərəflərlə birgə Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə olunub.


















































































