
Novak Cokoviç İsrail terroruna qarşı
Dünyanın 1 nömrəli tenisçisi Novak Cokoviç İslam dinini qəbul edəcəyini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Bosniya və Herseqovina mətbuatına danışan tenisçi İsrailin Qəzzada törətdiklərinə etiraz və Fələstinə dəstək əlaməti olaraq, belə qərar verdiyini bildirib.
O, Qəzzada ölən uşaqların şəkillərini görəndə nə hala gəldiyini ifadə edə bilmədiyini və İsrail terroruna qarşı böyük dövlətlərin susmasından məyusluğunu vurğulayıb. Cokoviç dünyanın aparıcı media qurumlarının Qəzzadakı qırğına daha çox yer vermələrinin, onların dünya liderinə təzyiq etmələri üçün İslam dinini qəbul etmələrinib gərəkliyini dilə gətirib. Tennisçi bu qərarı ailəsi ilə müzakirə edərək, müsbət cavab aldığını da bəyan edib.
Cokoviç artıq Qəzzadakı uşalar üçün 500 min dollar yardım etdiyini, müsəlman olduqdan sonra isə Fələstinə yardımı daha da çoxaldacağını açıqlayıb. Hətta, o, İsrailin hücumları davam etdiyi müddətdə kortlara qara formada çıxacağını bəyan edib.
Sonda isə Cokovic, Qəzzaya yardım toplamaq üçün Kriştianu Ronaldo ilə tez-tez əlaqə qurduğunu da vurğulayıb.