
Görüş 1 saat 53 dəqiqə davam edib. Bu, Çiliçin "Böyük dəbilqə" seriyalı turnirlərdə ilk zəfəri olub. Qadınların fərdi mübarizəsində isə qalib adını ABŞ tennisçisi Serena Uilyams qazanıb. Uilyams finalda danimarkalı Karolina Voznyatskini üstələyib - 6:3, 6:3.
Qeyd edək ki, "US Open"in ümumi mükafat fondu 36 milyon 203 min 760 dollar olub.