"Mercedes" pilotu Lüis Hemilton Macarıstan Qran Prisinin qalibi olub.
Sportnet.az-ın məlumatına görə, böyük britaniyalı pilot finişə 1 saat 37 dəqiqə 16,427 saniyəyə çatıb. İkinci yeri "Ferrari" pilotu Sebastyan Fettel tutub. "Ferrari"nin digər pilotu Kimi Raykonnen isə üçüncü olub.
Sonuncu dövrədə Valtteri Bottas əvvəlcə Fettellə, sonra isə Daniel Rikkardo ilə toqquşub.