1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Topaz”: Bu gün “El Klasiko”, Sabah lotereya
Bu gün futbol dünyasının diqqəti Barselonada olacaq. Əzəli və əbədi rəqiblər – "Barselona” ilə "Real Madrid”in La Liqadasayca 196-cı dueli "Nou Kamp”da baş tutacaq.
İndiyədək keçirilmiş 195 görüşün 81-də "kral klubu”, 75-də "Barsa” qalib gəlib. 39 matçda isə qalib müəyyənləşməyib. Budəfəki derbinin əsas özəlliyi odur ki, son 9 ildə ilk dəfə bu qarşıdurmada dünya futbolunun iki ən məşhur ulduzu – Lionel Messi və Kriştianu Ronaldu olmayacaq. Messi zədə səbəindən oyunu buraxacaq. Ronaldu isə artıq İtaliya A Seriyasında - "Yuventus”da oynayır. Bu iki ulduzun olmaması derbi ətrafındakı ajiotaja müəyyən qədər təsir göstərsə də, prinsipiallığı qətiyyən azaltmır.
"Barselona” "Atletiko Madrid”in dünənki qələbəsindən sonra 2-ci pilləyə ensə də, potensial lider sayılır. "Real Madrid”də isə vəziyyət fərqlidir. Ardıcıl 4 oyundur La Liqada qələbə qazana bilməyən "kral klubu” adına yaraşmayan 8-ci yerdədir. Ronaldunun gedişindən sonra zəif təsir bağışlayan madridlilər görək, bu gün əzəli rəqibi qarşısında toprlana biləcəkmi?
"Barselona” 2015-ci ildən bu yana öz meydanında "Real Madrid”ə qalib gələ bilmir. Komandaların mövcud durumunu nəzərə alsaq, "Barsa”nın bu "qara statistika”ya son qoymaq üçün əlinə yaxşı imkan düşüb. Kataloniyalıların heyətində Messidən başqa Tomas Vermalen və Samüel Yumtiti də zədə səbəbindən oynamayacaq. "Real Madrid”də isə eyni səbəbdən Daniel Karvahal yoxdur.
"El Klasiko” tarixində ilk dəfə bugünkü oyunda VAR sistemindən istifadə ediləcək. Bu isə hakim səhvlərini minimuma endirəcək və güclünün qalib gəlməsinə kömək edəcək.
Bakı vaxtı ilə saat 19:15-də başlanacaq möhtəşəm futbol tamaşasına Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz” da həm canlı, həm də "təkli” mərc etmək mümkündür. "Topaz”da "Barsa”nın qələbəsi 1.85 əmsalla dəyərləndirilir. Heç-heçənin əmsalı 3.50-yə, "Real Madrid”in qələbəsi isə 3.60 əmsala bərabərdir. "El klassiko”nun həyəcanını "Topaz”la yaşayın ki, derbi sizin üçün daha maraqlı olsun.
Ümumiyyətlə, "Topaz”ın bugünkü proqramında 284 qarşılaşma yer alıb ki, onlardan 29-na "təkli” mərc etmək mümkündür.
"Topaz” müştəriləri üçün sabah – oktyabrın 29-u da xüsusi gündür. Məhz sabah "Topaz”ın oktyabrın 1-dən başlatdığı "10-dan hədiyyə qazan” kampaniyasının ilk tirajı keçiriləcək. 9 oktyabr tarixində saat 16:30-da CBC Sport kanalında yayımlanacaq tirajda 1 Hyundai Accent, 11 Samsung Galaxy S9, 11 Playstation 4 Slim öz sahibini tapacaq.
Dekabrın 23-dək davam edəcək bu kampaniyada yaşı 18-ə çatmış istənilən şəxs iştirak edə bilər. Qazanmaq üçün bundan gözəl şans ola bilməz. Kampaniyanın şərtləri haqda ətraflı məlumatı Topaz Facebook, İnstaqram səhifələrindən və topaz.az rəsmi veb səhifəsindən ala bilərsiniz.
Mərc edin, qazanın və dəyərli hədiyyələrə sahib olun!