1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Lukaşenko idmana marağından danışdı
Belarus prezidenti Aleksandr Lukaşenko həyatında idmanın rolu barədə danışıb.
Sportnet.az-ın BELTA-ya istinadən verdiyi məlumata görə, 64 yaşlı dövlət başçısı Respublika Gənclər İttifaqının nümayəndələri ilə görüşündə idmana çox vaxt ayırdığını vurğulayıb. Lakin o, idman zalında ümumiyyətlə məşq etmədiyini diqqətə çatdırıb: "Gün ərzində idmana ayırmaq üçün iki saat və ya bir qədər çox vaxt normam var. Bu, mütləqdir. Sizə də küçədə daha çox məşğul olmağı məsləhət görürəm. Səhərlər idmanla 30 - 45 dəqiqə məşğul olmaq lazımdır. Bu, xüsusən kişilərə aiddir. Qaçaraq ayaqları yükləmək, dartınmaq və pres yığmaq lazımdır".
A.Lukaşenkonun əsas məşğuliyyətlərindən biri hokkeydir. Belarus lideri müntəzəm məşq edir və yoldaşlıq görüşlərində oynayır. Yanvarda o, Birləşmiş Ərəb Əmirlikləri yığmasına qarşı nümunəvi matçda iştirak edib. Ölkə prezidenti 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub, qaydanı pozduğu üçün 2 dəqiqə müddətinə oyundan kənarlaşdırılıb.