1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Topaz": Bu gün o gündür - "Cim-Bom" - "Fənər" derbisi
Bu axşam qardaş Türkiyədə obrazlı desək, nəfəslərin tutulacağı, həyatın dayanacağı gündür. İki barışmaz, iki əzəli və əbədi rəqib - "Qalatasaray"la "Fənərbağça" 132-ci dəfə üz-üzə gələcək.
Prinsipial rəqiblər hazırda fərqli günlər yaşayır. 10 turda 19 xal yığan "Qalatasaray" 3-cü sırada qərarlaşıb. Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən "Fənər" isə 10 oyundan cəmi 9 xal yığmaqla 15-ci sırada yer alıb. 5 gün əvvəl öz meydanında "Ankaragücü"nə məğlubiyyətdən sonra hollandiyalı baş məşqçi Fillip Koku istefaya göndərilib. Hazırda baş məşqçisiz olan "sarı-lacivərdlilər"i derbi qarşılaşmasına Kokunun köməkçisi olmuş Ervin Kuman hazırlayır. Qardaşı Ronald Kumanla yanaşı, ötənlərin tanınmış futbolçularından olmuş Ervin üçün bu derbinin nəticəsi böyük əhəmiyyət daşıyır.
Türk mediasının yaydığı xəbərlərə görə, "Fənərbağça" prinsipial rəqibini məğlub edərsə, rəhbərlik baş məşqi axtarışlarını dayandıracaq və bu postda Ervin Kumanı saxlayacaq. Amma "Fənər"in vəziyyəti o qədər mürəkkəbdir ki, Kumanın bu vəzifənin öhdəsindən gələcəyi şübhə doğurur. Ardıcıl uğursuzluqlardan yaranan psixoloji gərginlik bir tərəfdən, digər yandan da 3 əsas oyunçu derbidə meydana çıxa bilməyəcək. İslam Slimani ötən oyun qırmızı vərəqə alıb. Mehmet Ekici və Mehmet Topal isə zədəlidir.
"Qalatasaray"da zədəli Emre Akbabanın oynamayacağı dəqiqdir. Serdar Aziz, Yunes Belhanda, Eren Derdiyok, Sofyan Fequli və Yuto Naqatomonun oynayacağı isə sual altındadır.
Hazırki vəziyyət fərqli osa da, statistikada "Fənər"in üstünlüyü var. İndiyədək baş tutmuş 131 derbidən yalnız 39-nu "Qalatasaray" qazanıb, 51 görüşdə "Fənərbağça" üstün olub, 41 qarşılaşma isə heç-heçə bitib. Superliqadakı son 7 derbidə "Cim-Bom" "Fənər"i məğlub edə bilməyib (4 heç-heçə, 3 məğlubiyyət). İndi Fatih Terimin komandası rəqibin ağır vəziyyətindən istifadə edib bu "qara statistika"ya "dur" deyə bilər. Türkiyənin təcrübəli hakimlərindən Fırat Aydınusun idarə edəcəyi qarşılaşma saat 22:00-da başlayacaq.
İstanbul derbisi Azərbaycanda da həmişəki kimi böyük maraqla izlənəcək. Bu maraq və həyəcana isə "Topaz"la bir az da rəng qata bilərsiniz. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru İstanbul derbisinə həm canlı, həm də "təkli" mərc qəbul edir. Əmsallar: "Qalatasaray"ın qələbəsi 1.95, heç-heçə 3.20, "Fənərbaxça"nın qələbəsi 3.65. "Alt"ın əmsalı 1.70-ə, "üst" isə 2-yə bərabərdir.
Derbidən başqa "Topaz"ın bugünkü proqramında daha 98 matç var. Onlardan 32-nə canlı, 4-nə isə "təkli" mərc etmək mümkündür. İntuisiya ilə pul qazanmaq üçün "Topaz" yeganə doğru vasitədir. Özünüzə güvənin və qazanın.