Rusiyanın biatlon üzrə yığma komandası kuryoz hadisə ilə üzləşib.
Sportnet.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, Rusiya Biatlon Federasiyası çarter reysi üçün vaxtında ödəniş etmədiyi üçün komanda üzvlər Norveçdə keçiriləcək Dünya Kubokunun sonuncu mərhələsinə avtomobillərlə getməli olublar.
Rusiyalı biatlonçuların İsveçin Estersund şəhərindən yarışın baş tutacağı Holmenkollen şəhərinə 8 saata çatdıqları bildirlir.
Qeyd edək ki, İsveçdə baş tutan dünya çempionatında sonra bütün komandalar Norveçə təyyarə ilə yollanıb. Yarış 21-24 martda keçiriləcək.