
Gürcüstanlı pəhləvan Georgi Rostomaşvili 200 tonluq dəniz katerinin yedəkçisi rolunda çıxış edib.
Sportnet.az-ın məlumatına görə, bundan ötrü idmançı cəmi bir barmağından yararlanıb. "Tamara 2" gəmisi Rostomaşvilinin müstəsna səyləri nəticəsində sahilədək 5 metr məsafəni qət edib.
Gürcüstan Rekordlar Federasiyası təsdiqləyib ki, bu, belə məsafəni yalnız bir barmaqla daşımağın mümkün olduğu ən böyük qayıqdır. Münsiflər heyətindən Ginnesin Rekordlar Kitabının naşirləri ilə tezliklə əlaqə saxlanılacağı açıqlanıb.