İspaniyalı motosikletçi Xorxe Lorenso "MotoGP karyerasını başa vrub.
Sportnet.az-ın məlumatına görə, üçqat dünya çempionu Valensiya Qran-prisinin onun üçün sonuncu olacağını bildirib.
"Həmişə düşünmüşəm ki, motosikletçinin həyatında 4 ən vacib an olur: ilk yürüş, ilk qələbə, ilk çempionluq titulu və getdiyin gün. Valensiya Qran-prisi mənim son mərhələm olacaq. Bundan sonra karyeramı bitirəcəyəm deyə o vurğulayıb.
Qeyd edək ki, Xorxe Lorenso karyerası ərzində "Yamaha"nın tərkibində MotoGP-də 2010, 2012 və 2015-ci illərdə 3 titul əldə verib. 2016-cı il mövsümündən sonra o, "Dukati"yə, 2018-ci ildə isə "Honda"ya keçib. İspaniyalı sürücü daim səhhətində zədələrdən doğan problemlər hiss edib və əvvəlki səviyyəsinə qayıda bilməyib. Lorensonu "Honda"da Joanna Zarkonun əvəzləyəcəyi gözlənilir. (AutoCity.az)