
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin üzvləri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə federasiyanın rəhbəri, "İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyev qurumun Milli Olimpiya Komitəsində (MOK) keçirilən təqdimat mərasimində açıqlama verib.
O bildirib ki, heyətdə özündən əlavə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, MOK-un İnformasiya və Nəşriyyat İdarəsinin rəhbəri Cəmaləddin Rəhmanov, Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman jurnalistikası magistr proqramının meneceri Ellada Mustafayeva, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, azerisport.com saytının baş redaktoru Vüqar Zeynalov, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, "Report" İnformasiya Agentliyinin İdman Departamentinin redaktoru Elşən Məmmədov və ATV telekanalının İdman şöbəsinin redaktoru Sənan Şəfizadə yer alıb.
Onlar AİJF-nin təsisçilərinin qərarı ilə seçiliblər.