2005-ci il dünya çempionatından sonra "Formula 1"i tərk etmiş "Cordan" komandası hələ də azarkeşlərin qəlbində yaşayır.
Hazırda "Racing Point" adını daşıyan komanda tezliklə "Aston Martin"ə çevriləcək. "Cordan"ı təkcə 7 qat dünya çempionu Mixael Şumaxerin debütünü məhz bu kollektivdə etməsi yaddaşlara həkk etməyib.
"Cordan" həm də 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində pit-görlzlərin komanda uniformalarında poz vermələri ilə diqqət çəkirdi. Buna ən çox sevinənlər pilot və fotoqraflar olurdu. Komandanın rəhbəri Eddi Cordan isə gözəl qızlar əhatəsində özünü göylərdə hiss edirdi.
Sportnet.az həmin görüntüləri təqdim edir...