Triatlon üzrə Azərbaycan millisi koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra mövsümü bərpa edib.
Sportnet.az federasiyanın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, yığmanın üzvü Rostislav Pevtsov sprint üzrə açıq Ukrayna çempionatında iştirak edib.
Azərbaycan təmsilçisi yarışı gümüş medall başa vurub.
Qeyd edək ki, Rostislav Pevtsov 2019-cu ilin ən yaxşı kişi triatlonçusu seçilib.