“Ordumuzun dəqiq zərbəsi nəticəsində Dağlıq Qarabağdakı erməni separatçıların "rəhbəri" Araik Arutyunyan ağır yaralanıb”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Araik Arutyunyan, sən ön xətdə deyilsən, bunkerdə gizlənmişdin. Azərbaycan Silahlı Qüvvələri səni bunkerdə də tapdılar. Dəqiq endirilmiş zərbə nəticəsində Araik Aratyunyan ağır şəkildə yaralıdır. Gəncəyə görə, Azərbaycanın digər şəhərlərinə qarşı törədilmiş bu cinayətin cəzasını aldın. Sənin kimi digər hərbi cinayətkarlar da, müharibə cinayətkarları da öz layiqli cəzalarını alacaqlar”, - H.Hacıyev vurğulayıb.