
Ermənistanın ölkəmizə qarşı sentyabrın 27-dən başlayan təxribatına cavab olaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması münasibətilə, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Sportnet.az xəbər verir ki, AMADA-nın əməkdaşları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər.