
Almaniyalı idman həkimi Mark Şmidt dopinq ittihamı ilə 4 il 10 ay həbs cəzasına məhkum edilib.
Sportnet.az "Spiegel" nəşrinə istinadən xəbər verir ki, ona 3 il peşə fəaliyyəti iə məşğul olmaq da qadağan olunub.
Şmidt 2012-ci ildən bəri idmançılara qadağan olunmuş preparatlar verdiyini etiraf edib. O, dopinqin yayılmasından mənfəət əldə etmədiyini bildirib.
2019-cu iin fevralında Avstriyada keçirilmiş xizəksürmə üzrə dünya çempionatında bir neçə idmançı antidopinq qaydalarını pozub və onlar şübhəli bilinərək saxlanılıb.
İstintaq zamanı Mark Şmidtlə əlaqəsi olan qrup ortaya çıxıb.