"Formula 1"də çıxış edən "McLaren" komandası 2021 mövsümü üçün MCL35M indeksli bolidini təqdim edib.
Sportnet.az-ın məlumatına görə, yeni mövsümdən Britaniya komandası "Renault" mühərriklərindən imtina edəcək və "Mercedes" güc qurğularından yararlanacaq. Kollektivdə isə pilot qismində avstraliyalı Daniel Rikkardo ilə britaniyalı Lando Norris yer alacaq. Norris ispaniyalı Karlos Saynsı əvəzləyib.
Ötən mövsüm "McLaren Renault" Konstruktorlar Kubokunda 202 xalla 3-cü yeri tutub. Yeni mövsüm isə martın 28-də Bəhreyndə start götürəcək.
Qeyd edək ki, bu, "Formula 1" komandalarından yeni mövsüm üçün ilk təqdimat olub.