1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycana gələn ukraynalı idmançılardan pul istədilər
Ukraynanın Gənclər və İdman Nazirliyi idmançıları vətəndaşlıqlarını dəyişmələri qarşılığında dövlətə kompensasiya ödəməyə məcbur edən qanun layihəsinin qəbuluna təşəbbüs göstərəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə ölkənin gənclər və idman naziri İqor Jdanov açıqlama verib.
O deyib: "Fikrimcə, bu ideya idman ictimaiyyəti və parlamentimizdə dəstək görəcək. Əvvəllər iki ölkənin federasiyaları idmançının keçidi qarşılığında kompensasiyaya dair razılığa gəliblər. Lakin bu, idmançının tərbiyəli, təhsilli, geyim dəsti ilə təmin olunmuş və yarışlara hər bir Ukrayna vətəndaşı əvəzinə yollanmasını nəzərdə tutmur. Yaxşı olardı ki, belə kompensasiyalar icbari qaydada idmançıların özləri tərəfindən Ukrayna büdcəsinə ödənilərdilər".
Qeyd edək ki, Ukraynadakı böhranla əlaqədar bir çox idmançı başqa ölkələrə yollanaraq, vətəndaşlıqlarını dəyişiblər. Belə ölkələr sırasında Azərbaycan da var.