“Formula 1” üzrə Qətər Qran-Prisinin qalibi “Mercedes" komandasının qalibi britaniyalı pilot Luis Hemilton olub.
Sportnet.az xəbər verir ki, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ikinci yeri tutub. Üçlüyü “Alpine” komandasının ispaniyalı sürücüsü Fernando Alonso qapayıb.
57 dövrəlik mübarizədə Nikolas Latifi ("Uilyams") və Valtteri Bottas ("Mercedes") finişə çata bilməyib.
Alonso isə 40 yaşında 7 il 3 ay 25 gündən sonra yenidən podiuma qalxmağı bacarıb. O, sonuncu dəfə 2014-cü il Macarıstan Qran-prisində fəxri kürsüyə yüksəlib.
Bu nəticələrdən sonra 351,5 xala malik Ferstappen liderliyini davam etdirib. Hemilton 343,5 xalla 2-ci, Bottas 203 xalla 3-cüdür.
Konstruktorlar Kubokunda "Mercedes" 546,5 xalla 1-ci, "Red Bull" 540,5 xalla 2-ci, "Ferrari" 297,5 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti Qran-pri 3 - 5 dekabrda Səudiyyə Ərəbistanında təşkil olunacaq.