
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) hesabat-seçki Baş Məclisinin vaxtı dəqiqləşib.
MOK-un Mətbuat katibi Günay Malikqızının Sportnet.az-a verdiyi məlumata görə, seçki dekabrın 16-da onlayn formatda təşkil olunacaq.
Baş Məclisdə MOK-un rəhbər orqanlarına növbəti müddətə seçkilər baş tutacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev MOK-a 1997-ci ildən rəhbərlik edir.