Azərbaycanda bədən tərbiyəsi və idmanla 1 860 000-dən çox insan məşğul olur.
Dövlət Statistika Komitəsindən Sportnet.az-a verilən məlumata görə, əhali arasında futbol, voleybol, şahmat, atletika, basketbol, dama, sərbəst güləş, stolüstü tennis və cüdo kimi idman növlərinə daha çox maraq göstərilir.
2022-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı isə 12 000-dək olub.