
"Qolfu inkişaf etdirməliyik. Bu idman növü geridə qalıb".
Spotnet.az-ın məlumatına görə, bunu Azərbaycan Qolf Federasiyasının yeni prezidenti Rauf Xəlilov mətbuat konfransında deyib.
O milli komandanıb olmadığını bildirib: "İlk hədəfimiz yığmanı formalaşdırmaq və gəncləri bu idman növünə cəlb etməkdir. Quba şəhərində və Qala kəndində infrastrukturumuz var. Qubadakı qol klubundan inkişafa başlamaq olar. Başqa regionlarda da inkişaf olacaq".