
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsi beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına icazə verməməyi tövsiyə edib.
Sportnet.az IOC-un rəsmi saytına istinadən xəbər verir ki, qurum bu qadağanın rəsmi şəxslərə də şəmail olunmasını məsləhət görüb.
Bəyanatda bildirilib ki, Rusiya və Belarus vətəndaşları, istər fərdi, istərsə də komanda olaraq, yalnız neytral statusda yarışlara qəbul edilməlidir.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi daha əvvəl beynəlxalq federasiyaları bütün yarışları Rusiya və Belarusdan almağa çağırıb.