Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasileva ilə bağlı bir müddət öncə yayılmış videoya münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, nazir "ASAN Radio"nun "QəbuldASAN" verilişində həmin görüntülərin düşünülmüş şəkildə paylaşıldığını söyləyib.
F.Qayıbov deyib ki, videonu məclisdə iştirak edən bir nəfər şəxs icazəsiz şəkildə yayıb: "Həmin video sosial şəbəkədə yox idi. Tədbirdə olan bir nəfər təyinatdan sonra paylaşmışdı. Həmin şəxsi tanıyıram. Bu, düzgün hərəkət deyil. Kiminsə şəxsi videosunu yalnız onun özündən soruşub paylaşmaq olar".
Nazir Vasilevanın fəaliyyətindən razı olduğunu vurğulayıb: "14 ildir birlikdə çalışırıq. Hər zaman mənə işlərimdə kömək olub".