1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Badmintonçularımızdan uğursuzluq
Azərbaycan badmintonçuları "Bakı 2015" I Avropa Oyunlarında növbəti mərhələyə yüksələ bilməyib. Sportnet.az-ın məlumatına görə, fərdi yarışda qrup mərhələsindəki 3-cü tur qarşılaşmasında Kənan Rzayev italiyalı Rosario Maddaloniyə yenilib - 6:21, 15:21.
Bununla da çıxış etdiyi B qrupunda 1 xalla 3-cü yeri tutan K.Rzayev ilk 2 pillədən kənarda qalıb. Nəticədə o, 1/8 finala yüksələ bilməyib.
Daha öncə qoşa mübarizədə Kənan Rzayev - Orxan Qələndərov dueti qrup mərhələsindəki ilk 2 görüşündən məğlubiyyətlə ayrılaraq, 1/4 finala yüksələ bilməyib. 2 turdan sonra xalsız olan azərbaycanlı cütlüyün bu gün rusiyalı İvan Sazonov - Vladimir İvanov dueti ilə görüşü təsəlli xarakteri daşıyacaq.
x x x
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında badminton üzrə 3-cü tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, fərdi yarışlarda Azərbaycanı Kənan Rzayev, cütlüklərin qarşılaşmasında isə K.Rzayev və Orxan Qələndərov çıxış edəcək.
Rzayev fərdi yarışda italiyalı Rosario Maddaloni, cütlüklərin yarışında isə Rzayev - Qələndərov dueti rusiyalı İvan Sazonov - Vladimir İvanov cütlüyü ilə qarşılaşacaq.
İlk iki görüşdən sonra fərdi yarışda Kənan Rzayev 2 qarşılaşmadan 1-də qələbə qazanmaqla qrup 3-cüsü, cütlükdə çıxış edən K.Rzayev və O.Qələndərov isə 2 oyundan 0 xal toplayaraq qrupda sonuncu yerdədir.
Qeyd edək ki, badminton yarışına iyunun 26-da yekun vurulacaq və qaliblərə 2 dəst medal təqdim ediləcək.