
Formula 1 üzrə Avstraliya Qran Prisinin təsnifat mərhələsinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Melburndaki Albert-Park halqasında baş tutan yürüşdə "Maklaren"in pilotu Lando Norris birinci olub.
Böyük Britaniya komandasının üzvü 0,084 saniyə fərqli ilə komanda yoldaşı Oskar Piastrini qabaqlayıb. İlk "üçlüy"ü ötən mövsümün dünya çempionu Maks Ferstappen tamamlayıb. "Red Bull"un sürücüsü Norrisdən 0.385 saniyə geri qalıb.
"Haas"dan Oliver Bermanın bolidinin sürət qutusu sıradan çıxdığı üçün yarışı davam etdirə bilməyib.
Avstraliya Qran Prisinin əsas mərhələsi martın 16-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 19-21 sentyabrda baş tutacaq.
Formula 1
Avstraliya Qran Prisi, təsnifat mərhələsi
1. Lando Norris ("Maklaren") - 1:15.096
2. Oskar Piastri ("Maklaren") - 1:15.180
3. Maks Ferstappen ("Red Bull") - 1:15.481
4. Corc Rassel ("Mersedes")- 1:15.546
5. Yuki Cunoda ("Rasinq Bulls") - 1:15.670
6. Aleksandr Albon ("Uilyams") - 1:15.737
7. Şarl Lekler ("Ferrari") - 1:15.755
8. Lüis Hemilton ("Ferrari") - 1:15.973
9. Pyer Qasli ("Alpin") - 1:15.980
10. Karlos Sayns ("Uilyams") - 1:16.062
11. İsak Hacar ("Rasinq Bulls") - 1:16.175
12. Fernando Alonso ("Aston Martin") - 1:16.453
13. Lens Stroll ("Aston Martin") 1:16.483
14. Cek Duen ("Alpin") - 1:16.863
15. Qabriel Bortoleto ("Zauber") - 1:17.520
16. Andrea Kimi Antonelli ("Mersedes") - 1:16.525
17. Niko Hülkenberq ("Zauber") - 1:16.579
18. Liam Louson ("Red Bull") - 1:17.094
19. Esteban Okon ("Haas") - 1:17.147
20. Oliver Berman ("Haas").
Qeyd edək ki, təsnifat mərhələsində ilk 2 yeri tutan pilotlar əsas mərhələdə ön cərgədə yer alırlar. Qalan pilotlar isə tutduqları yerə uyğun olaraq, bu qaydada onların arxasınca iki cərgə düzülürlər.