
“Ferrari”nin yeni üzvü, 40 yaşlı britaniyalı pilot Lyuis Həmilton “Kral Yarışları” tarixində həftə ərzində sprintdə qalib gələn və əsas yarışın nəticələrinə görə diskvalifikasiya edilən ilk pilot olub.
Xatırladaq ki, şənbə günü səhər yeddiqat dünya çempionu sprintdə finiş xəttini hamıdan əvvəl keçmişdi. Bazar günü əsas yarışı isə o, 6-cı bitirmişdi.
Lakin yarışdan sonra ənənəvi yoxlama proseduru zamanı Həmiltonun bolidi texniki reqlamentin qaydalarına cavab verməyib. Onun maşının altında yerləşən link qaydalar çərçivəsində olmayıb.