
Beynəlxalq Avtomobil Federasiyası (FIA) təşkilatın prezidenti postuna namizədlərə dair tələblərə dəyişiklik etməyi planlaşdırır.
Sportnet.az xəbər verir ki, bu barədə məşhur insayder Endryu Benson məlumat yayıb.
Mənbənin sözlərinə görə, əsas düzəlişlərdən biri o olacaq ki, ali qurumun prezidentliyinə namizədin işində onun vəzifəsinə şübhə yarada biləcək heç bir şey olmasın. Xüsusilə, söhbət potensial maraqların toqquşmasından gedir.
Qeyd edək ki, düzəlişləri təbliğ edən FIA-nın hazırkı prezidenti ilə yanaşı, oğlu Formula 1-də yarışan ata Karlos Sayns da ilin sonunda bu vəzifəyə müraciət etməyi planlaşdırırdı ki, bu da həmin maraqlar toqquşmasını yaradır.