
“Red Bull” komandasının pilotu Maks Ferstappen Formula 1-də liderlik etdiyi dövrələrin sayına görə alman pilot və dördqat titul sahibi Sebastyan Fetteli keçib.
Sportnet.az xəbər verir ki, hazırda davam edən İtaliya Qran-prisindən öncə Ferstappenin aktivində 3497 dövrə var idi.
Niderlandlı pilot Fetteldən cəmi 4 dövrə geridə idi. Yarışın startında “Maklaren”in pilotu Oskar Piastridən liderliyi ələ keçirən Ferstappen 50 dövrədir (hazırda) liderliyi əlində saxlayır.
Qeyd edək ki, Formula 1 tarixində Maks Ferstappeni yalnız Lüis Hemilton (5487) və Mixael Şumaxer (5111) qabaqlayır.