
Fransa çempionatının ulduzlarından olan Rayan Şerki "Lion"dan ayrılıb.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi Liqa 1-in sonuncu turunda "Anje" ilə qarşılaşmadan sonra qərarını açıqlayıb.
Bu, Fransa klubunun UEFA Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi müəyyənləşdikdən sonra baş verib.
"Lion"a, məşqçilərə, futbolçulara, rəhbərliyə və digər bütün əməkdaşlara təşəkkür edirəm", - deyə Şerki bildirib.
Qeyd edək ki, Rayan Şerki "Lion"un yetirməsidir. O, cari mövsüm ərzində meydana çıxdığı 44 oyunda 12 qol və 20 məhsuldar ötürmə müəllifi olub.
"Lion" 57 xalla 6-cı pillədə qərarlaşıb. Komanda növbəti mövsüm UEFA Konfrans Liqasında mübarizə aparacaq.