
İngiltərə Premyer Liqasında XXXVII turun mərkəzi görüşündə "Çelsi" və "Mançester Yunayted" komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 71-ci dəqiqədə Mark Kukurelya vurub.
Bununla da "Mançester Yunayted" tarixində ilk dəfə Premyer Liqada ardıcıl iki oyunda qələbə qazana bilməyib. Digər tərəfdən, "qırmızı şeytanlar" İngiltərə çempionatları tarixində ilk dəfə ardıcıl 8 qarşılaşmanı qələbəsiz başa vurub. Bu görüşlərdə 6 məğlubiyyət, 2 heç-heçə qeydə alınıb.
Qeyd edək ki, 37 oyundan sonra "Çelsi" 66 xalla 4-cü, "Mançester Yunayted" 39 xalla 16-cı pillədə qərarlaşıb.