
“Sumqayıt” rəhbərliyi tək məşqçi yox, başqa iş də təklif edib. Fikirləşib, yekun qərar verəcəm”.
Bunu Sportnet.az-a açıqlamasında “Sumqayıt”ın sabiq kapitanı Vüqar Mustafayev futbolçu karyerasını başa vurması barədə danışarkən deyib.
Azərbaycan millisinin 31 yaşlı sabiq yarımmüdafiəçisi futbolçu həyatının erkən başa çatmasına ayağında illərdir davam edən zədənin səbəb olduğunu vurğulayıb: “Karyeramı bitirməyim dizimdəki zədə ilə bağlı oldu. Nə qədər ağır olsa da, 31 yaşda böyük futboldan ayrıldım. Karyeramın normal keçdiyini düşünürəm”.
2019-cu ildən “Sumqayıt”ın şərəfini qoruyan V.Mustafayev klubda məşqçi işləmək təklifi alsa da, hələ seçim etmədiyini bildirib: “Bundan sonra futbolda qalmaq, məşqçi kimi davam etmək istəyərəm. Klub tərəfdən də təkliflər var. “Sumqayıt” rəhbərliyi tək məşqçi yox, başqa iş də təklif edib. Fikirləşib, yekun qərar verəcəm”.
Qeyd edək ki, V.Mustafayev karyerası ərzində “Sumqayıt”dan başqa “Bakı”, “Simurq”, “Qarabağ”, “Zirə” klublarının da formasını geyib. O, Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu olub.