
"Yaxşı oynadıq, rəqibdən daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlana bilmədik. Nəticədən razı deyiləm".
Sportnet.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Azərbaycan Kubokunun "Qarabağ"la final oyununa fokuslandıqlarını söyləyib: "Oyuna 4-4-2 taktikasıyla hazırlaşırıq. Bütün futbolçular bu matça ciddi şəkildə hazırlaşır. Premyer Liqanın son turunda “Neftçi” ilə matçda hər hansısa futbolçunu qoruya bilərik".
O, finalda hər iki komandanın qələbə qazanmaq istəyində olacağını bildirib: "Əlimizdən gələni edəcəyik ki, qazanan tərəf biz olaq. Qalibiyyət bizi UEFA Avropa Liqasına aparacaq".