
Türkiyə Super Liqasının 36-cı turunda "Qalatasaray" doğma meydanda "Kayserispor"la qarşılaşacaq.
Sportnet.az xəbər verir ki, "sarı-qırmızılar" "RAMS Park" stadionunda təşkil olunacaq görüşdə məğlub olmarsa, liqanın bitməsinə iki tur qalmış çempionluğunu təmin edəcək.
Digər tərəfdən, "Qalatasaray" çempion olarsa, Türkiyə klubları arasında embleminə 5-ci ulduzu həkk edən ilk klub olacaq.
Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçın baş hakimi Ali Şansalan olacaq.
Liqada 33 matçda 27 qələbə, 5 heç-heçə və 1 məğlubiyyət əldə edən "Cim-Bom", ən yaxın izləyicisi "Fənərbağça"nı 8 xal qabaqlayır.
"Qalatasaray" ilk dövrədə "Kayserispor"u səfərdə darmadağın edib - 5:1.
Okan Burukun rəhbərlik etdiyi kollektiv keçirdiyi son 8 oyunun hamısında qələbə qazanıb. Komanda öz meydanında keçirdiyi son 16 liqa görüşündə isə məğlub olmayıb.
Qeyd edək ki, "Qalatasaray" indiyədək 24 dəfə Türkiyə çempionu olub. Onlar son iki mövsümdə də liqanı birinci bitiriblər. "Cim-Bom"un əzəli rəqiblərindən "Fənərbağça"nın 19, "Beşiktaş"ın isə 16 ölkə çempionluğu var.