
Formula 1 üzrə mövsümün 9-cu mərhələsi sayılan İspaniya Qran Prisinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Barselona-Katalunya avtodromunda təşkil olunan yarışın qalibi adını Maklaren pilotu Oskar Piastri olub.
Avstraliyalı sürücünün komanda yoldaşı Lando Norris ikinci yeri tutub.
"Ferrari"dən Şarl Lekler üçüncü olub.
"Red Bull" pilotu, dördqat dünya çempionu Maks Ferstappen isə beşinci yeri tutsa da, "Mercedes" sürücüsü Corc Rassellə insideni üzündən cərimələnərək, onuncu yerə enib.
Yeddiqat dünya çempionu, "Ferrari" pilotu Lüis Hemilton isə yeddinci yeri tutub.
Növbəti mərhələ 15 iyunda Kanadada olacaq. 19-21 sentyabrda isə Bakıda Azərbaycan Qran Prisi təşkil olunacaq.