Bakıda “Formula 1” üzrə 2019-cu il SOCAR Azərbaycan Qran-prisi çərçivəsində məşhur pilotların ilk avtoqraf sessiyası baş tutub.
Sportnet.az xəbər verir ki, Bakı bulvarındakı Azarkeş Zonasında keçirilən tədbirə Maks Ferstappen, Pyer Qasli (hər ikisi “Red Bull”), Sebastyan Fettel, Şarl Lekler (hər ikisi “Ferrari”), Daniel Rikkardo və Niko Hülkenberq (hər ikisi “Renault”) qatılıb. Növbəti iki gün üçün avtoqraf sessiyalarının proqramı belədir:
27 aprel
11:20 - 11:40.: Serxio Peres və Lens Stroll ("Racing Point")
12:00 - 12:20. Kimi Raykkonen və Antonio Covinatsi ("Alfa Romeo")
12:20 - 12:40. Lüis Hemilton və Valtteri Bottas ("Mercedes")
28 aprel
11:20 - 11:40. Corc Rassel və Robert Kubitsa ("Williams")
11:40 - 12:00. Karlos Sayns və Landro Norris ("McLaren")
12:00 - 12:20. Romen Qrojan və Kevin Maqnussen ("Haas")
12:20 - 12:40. Daniil Kvyat və Aleksandr Albon ("Toro Rosso")
Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi 26 – 28 apreldə keçiriləcək. (Report)