Avstraliyanın Melburn şəhərində keçirilən "Formula 1" Qran-prisində sərbəst yürüşlər başa çatıb.
Sportnet.az-ın məlumatına görə, "McLaren" komandasının sürücüsü Lando Norris son yürüşdə bütün rəqiblərini qabaqlayıb. "Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncü olub. Yeddiqat dünya çempionu Lüis Hemilton 8-ci yerlə kifayətlənib.
Birinci sərbəst yürüşdə "Ferrari"dən Karlos Sayns, ikinci yarışda isə onun komanda yoldaşı Lekler finişə birinci çatıb.
Qeyd edək ki, bu gün Avstraliya Qran-prisində sıralama turu olacaq. Əsas yarış isə aprelin 10-da gerçəkləşəcək
.
10 - 12 iyunda isə Azərbaycan Qran-prisi keçiriləcək.