1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Apollon" Azərbaycan və Türkiyə bayraqları olan avtobusda
Avqustun 5-də Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Qəbələ" ilə üz-üzə gələcək Kipr "Apollon"u Bakıya gəlib. Sportnet.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında "Apollon"u "Qəbələ" rəsmisi Səbuhi Səfiyarlı qarşılayıb.
Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları otelə yollanıblar. Bu zaman Kipr komandası üçün ayrılan avtobusun içərisində Azərbaycan və Türkiyə bayraqları diqqət çəkib.
Saat 20:00-da "Apollon"un "Bakcell Arena"da oyunöncəsi məşqi olacaq. Baş məşqçi Pedro Emmanuel isə mətbuat konfransı keçirməkdən imtina edib.
Qeyd edək ki, "Qəbələ" - "Apollon" matçı saat 21:00-da başlanacaq.
Fotolar qol.az saytından götürülüb.