Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları günü 1 dəst medalla başa vurublar. Sportnet.az-ın məlumatına görə, təmsilçilərimiz medalları yunan-Roma güləşi və atletika növlərində qazanıblar.
Pəhləvanlarımızdan İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) gümüş medala sahib olub. Bürünc medalı isə kişilər arasında 3 təkanla uzununa tullananımız Nazim Babayev əldə edib.
Boksçumuz Məhəmmədəli Tahirov (+91 kq) da bürünc medala yaxın olsa da, 3-cü yer uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətlənib.
Beləliklə, idmançılarımız olimpiadada medal sayını 8-ə çatdırıblar. Daha öncə taekvondoçularımızdan Səid Quliyev (73 kq) qızıl, Ceren Özbek (44 kq), cüdoçularımız Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq), eləcə də akademik avarçəkənimiz Boris Yotov (1 nəfərlik qayıq) gümüş medala yiyələnib. Olimpiadaya avqustun 27-də yekun vurulacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |