Bildiyiniz kimi, millimiz 10 oktyabrda İtaliyaya 1:2, 13-də isə Xorvatiya yığmasına 0:6 hesabı ilə məğlub oldu.
Dünənki oyundan sonra Berti Foqts istefa ilə bağlı AFFA-ya müraciət edəcəcəyini desə də, oxucularımız almaniyalı mütəxəssisin səmimiyyətinə inanmırlar. Hər halda sorğuda iştirak edən respondentlərin 37%-nin "Qovulmasa, getməyəcək" cavabını verməsi bunun göstəricisidir. Səsvermənin yekunu aşağıdakı kimidir:
A) Foqts özü bilər: istər gedər, istər qalar - 34 səs (33, 67%)
B) Norveçlə Bakıdakı oyundan sonra qərar veriləcək - 6 (5, 94%)
C) Müqaviləsinin sonunadək qalacaq - 17 (16, 83%)
D) Qovulmasa, getməyəcək - 38 ( 37, 62%)
E) İki oyuna bir xal Foqtsu xilas edəcək - 6 (5, 94%)